Xəbər verdiyimiz kimi Xalq artisti Zülfiyyə Xanbabayeva ötən gün 50 yaşını qeyd edib. Xəbərçi.az bildirir ki, sənətkarı təbrik etmək üçün məclisə Xalq artistləri Brilliant Dadaşova, Təranə Muradova, Əməkdar artistlər Sevda Ələkbərzadə, Eyyub Yaqubov və digər tanınmışlar qatılıb.
Xalq artistini təbrik edənlər sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.
Xalq artistinin doğum günündə ən yaddaqalan anlardan biri də həyat yoldaşı ilə musiqi sədaları altında rəqs etməsi olub.
Qeyd edək ki, ifaçı "Simurq" futbol klubunun eks prezidentdi Zaur Məmmədovla evlidir. Cütlüyün Dəniz adlı bir qızı var.