Prezident çıxış edən tədbirə Nuranı çağırmadılar, o da etiraz etdi: " Niyə mən yox ?"

Prezident çıxış edən tədbirə Nuranı çağırmadılar, o da etiraz etdi: " Niyə mən yox ?"

Müğənni Nura Suri dünən Heydər Əliyev mərkəzində baş tutan konsertə dəvət olunmadığına görə təşkilatçılara ismarıc göndərib. XƏBƏRÇİ.AZ xəbər verir ki, prezidentin çıxış etdiyi tədbirə dəvət olunmadığı üçün narazıçılıq edən Nura Surinin dediklərini sizə təqdim edirik:

"Dünənki konsertə gedən müğənnilərin 90%-i bölgələrdə keçirilən heç bir konsertdə iştirak etməyiblər, YAP-ın heç bir seçki konsertində olmayıblar. 2008-ci ildə qucağımda ana südü ilə qidalanan körpəmlə birgə, 2013-cü ildə və bu il bütün bölgələrdə keçirilən seçki konsertlərində iştirak etmişəm. YAP-ın üzvüyəm və hər zaman prezidenti dəstəkləyən və xaricdə belə keçirilən bütün dövlət tədbirlərində iştirak edirəm. 14 ildir bu sənətdəyəm, xalq artistlərinin, əməkdar artistlərinin çoxu seçki konsertlərinə getmədi, təmənnasız dövlət tədbirlərinə də getmirlər. Niyə mən yox, heç bir konsertdə iştirak etməyən müğənnilər dünənki konsertdə idi?  Dövləti, dövlət başçısını dildə yox, əməldə sevmək və dəstəkləmək lazımdır".

 


loading...