Lalə ona xəyanət edən eks ərindən danışdı: “ Qızları ilə görüşmür”

Lalə ona xəyanət edən eks ərindən danışdı: “ Qızları ilə görüşmür”

Əməkdar artist Lalə Məmmədova şəxsi həyatından danışıb.  

XƏBƏRÇİ.AZ-a danışan müğənni məşhurluğunun onun xoşbəxt olmasına mane olduğunu deyib:   

“Mənim bir qadın kimi xoşbəxt olmağıma tanınmağım mane olur. Ətrafımda elə qadınlar var ki, sevgisizlikdən əziyyət çəkirlər amma bizdə tam əksinədir. Bundan da dolayı ətrafa qarşı böyük inamsızlıq yaranır. Hər edilən sevgi təklifini ciddi qəbul edə bilmirik. Tam olaraq qadın kimi xoşbəxt deyiləm.  Evlilik təklifləri, sevgi etirafları gəlir amma bu haqda fikirləşmirəm. Əsas mənim övladlarımdı, onları yerbəyer edim”.   

Müğənni övladları ilə az vaxt keçirtdiyindən də gileylənib.  

“Çalışdığım qədər onlarla çox vaxt keçirdirəm. Əvvəl nə isdəyirdilər yerin dibindən də olsa almağa çalışırdım. Sonra gördüm ki, bunlarla mən öz boşluğumu doldura bilmərəm. Onun əvəzində 1-2 saat artıq onlarla bəhrəli zaman keçirməyə çalışıram. İşləyən analar da olur ki, övladlarını restorana, alış-verişə aparıb könüllərini alırlar. Bu da düzgün siyasət deyil.  

Lalə Məmmədova qızlarına qadağalar qoyduğunu dilə gətirib.   

Qızlarıma çox qadağa qoymuşam. İlk öncə heç bir şeyi məndən gizlətməməyi tapşırmışam. Onlara ən yaxın  dost mənəm. Hər nə olursa olsun, səhvləri və düzləri ilə mən onların yanında olacam. Bir də çalışıb onlara daxili azadlıq verirəm”.   

Müğənni qızlarının atasının onlarla görüşmək istəmədiyini qeyd edib.  

“ Ataları ilə görüşmürlər. Onun səbəbi mən deyiləm. Qarşı tərəf övladları ilə görüşmək istəmir. Atanı ana, ananı da ata əvəz edə bilməz. Biz düşmən deyilik. Yəqin o istəmir, nə vaxt istəsə gəlib görüşə bilər”.   

Qeyd edək ki, əməkdar artist Lalə Məmmədova İlham adlı bəylə ailəli olub. Onların bu evlilikdən iki qızı var. İddialara görə cütlüyün boşanmasına səbəb İlham bəyin müğənni xanımına dəfələrlə xəyanət etməsi olub.  Hətta Lalə Məmmədova hamiləliyinin 8-ci ayında həyat yoldaşı ilə yollarını ayırıb.


loading...