"Bir övladım mənə 75 minə başa gəldi" - Kərim illər sonra etiraf etdi

"Bir övladım mənə 75 minə başa gəldi" - Kərim illər sonra etiraf etdi

Müğənni Kərim Abbasov övladı olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Müğənni "5/5" verilişində bildirib ki, oğlu kimi təqdim etdiyi Səid onun doğma övladı deyilmiş:

“İnsan ailə qurur övlad üçün. Allah mənə gec övlad verdi. Mən də meylimi saldım qaynımın oğluna. Övladım yox idi, Səidə oğlum dedim. O da məni çox istəyirdi. Mən də ona balam kimi baxırdım. Uşaq yenə də ata-anasının yanında idi. Səid yenə də mənim birinci balamdır. 

İndi də 7 ildən sonra övladım dünyaya gəldi. Bəziləri ünvanıma sonsuz dedilər, xəstədi övladı olmayacaq söylədilər. Özlərini Allahla bir tərəzidə tutdular. Allah istəyəndə verir, istəməyəndə vermir. 

7 ildir nə zülm çəkdim. Bir övladım mənə 75 minə başa gəldi. 7 il sonra qismətim oldu. Efirə baxıb, haqqımda deyilən sözlərə göz yaşı tökürdüm. Sındırırdılar məni. Bu uşaq da haqqımda o sözləri deyənlərə göz dağı olsun”.

Qeyd edək ki, Kərimin 2016-cı ildə oğlu dünyaya gəlib və sənətçi ona Yusif adını qoyub.


loading...