Azərbaycanlı məşhurların hər zaman dünya ulduzlarının geyimlərinin ya eynisini, ya da ki, oxşarını tikdirib geyindiyinin şahidi olmuşuq. Ancaq bu dəfə məhz dünya ulduzu Ceniffer Lopez xalq artisti Aygün Kazımovanın libasından geyinib. Bu görüntü Türkiyənin tanınmış köşə yazarı Pelin Kayanın gözündən yayınmayıb. Jurnalist xanım sosial şəbəkədəki paylaşımı maraq doğurub. Xəbərçi.az Türkiyə mediasına istinadən bildirir ki, bu paylaşımda jurnalist xanım xalq artisti Aygün Kazımovanın 2015-ci ildə geydiyi qara libası ötən dünya şöhrətli ifaçı Ceylonun geydiyini bildirib.
Xatırladaq ki, Aygün Kazımova 2015-ci ildə doğum günündən əvvəl etdiyi fotosessiyada məhz bu libası geyinmişdi.