Tanınmış jurnalist ginekoloqun ölümünü ucuzlaşdıranları qınadı: "Səbinə son dəfə kimi doğuzdurdu ..."

Tanınmış jurnalist ginekoloqun ölümünü ucuzlaşdıranları qınadı: "Səbinə son dəfə kimi doğuzdurdu ..."

Məşhur həkim, mama-ginekoloq Səbinə Mirzəyevanın qəfil ölümü ölkə gündəmini zəbt edib. Xəbərçi.az saytının baş redaktoru Əfruzə Ağayeva məsələyə fərqli yanaşıb. S.Mirzəyevanın ölümünün ifrat dərəcədə şişirdilməsində bəzi media orqanlarını qınayan jurnalist xahiş edib ki, mərhumun ailəsini nəzərə alıb hər şey ifrat dərəcədə yayımlanmasın. "Şəhidlərin ölümünə belə həssas yanaşmırsınız" deyən jurnalist xanım od püskürüb: “Bəsdir daha… Elə bil şəhid basdırmısınız. “Facebook”, “instagram”- a girmək olmur. Nə xəbərdi axı ?! Elə bil Mübariz İbrahimov ölüb, bu nə bayağılıqdır axı … Anladıq anadır, həkimdir, az-maz tanınmış simadır bəlkə də çox yaxşı insan idi … Amma Səbinənin son paylaşımı, Səbinənin uşaqları ilə fotosu, Səbinə son dəfə kimi doğuzdurdu, nə gündəyik axı biz ?! Niyə beləyik? Kimdir axı Səbinə? Hər kəs kimi həkim. Nə verib Azərbaycan mədəniyyətinə, tibbinə ? Anladım bir az tanınırdı, qəfil ölüb, bunu bir xəbər etdiz bəsdir də, niyə belə şişirdirsiniz ? Yerin cənnət olsun, Səbinə xanım. İP üçün can verən jurnalistlər imkan versələr, o dünyada rahat yatacaqsan! Allah rəhmət eləsin! İnsanın ölümünü bu qədər adiləşdirməyin, onun da ailəsi, balaları var”.


loading...