Müğənni-bəstəkar Murad Arif həmkarı Xatunla arasında qalmaqal davam edir.
XƏBƏRÇİ.AZ-a danışan Murad Xatunun yalan danışdığını iddia edib. "Həmin açıqlamasında iki dəfə yalan danışdı. Dedi ki o insanın verilişində qonaq olmamışam amma dəfələrlə verilişimizdə qonaq olub. Hətta bir neçə dəfə onla eyni məclisdə qonaq olmuşuq. Ona görə Xatunu yalanları ilə baş-başa buraxmaq lazımdı".
Qeyd edək ki, müğənni Xatun "ATV Maqazin onlarla" verilişinə açıqlamasında Muradı müğənni kimi qəbul etmədiyini və məclislərdə görmədiyini bildirib.