"Xəzər TV"dən ayrılan Sevil və Sevinc Səfərova bacıları yenidən efirə qayıda bilər.
XƏBƏRÇİ.AZ xəbər verir ki, bacılar "Instagram" səhifələrində yeni verilişin anonsunu veriblər:
"Yenidən hər səhər görüşəkmi? Tam fərqli bir proyekt olsun. Siz də bizim üçün, bizim darıxdığımız kimi darıxmısınız”.
Qeyd edək ki, Sevil və Sevinc Səfərovalar 4 il "Xəzər TV"də "Hər şey daxil” proqramının aparıcısı olublar. Hazırda verilişin aparıcısı prodüser Tarix Əliyevdir (Tolik).