Canlı yayımda yıxılan Almaz od püskürdü: "Məgər aclıqdan çıxmışam ki ..." - VİDEO

Canlı yayımda yıxılan Almaz od püskürdü: "Məgər aclıqdan çıxmışam ki ..." - VİDEO

Əməkdar artist Almaz Ələsgərli bu gün "Space" TV-nin " Qaynar saat" verilişində yıxılıb. 

Səhər verilişinə qatılan ifaçının ac olduğundan müvazimətini saxlaya bilmədiyindən, yıxıldığı bildirilib.

XƏBƏRÇİ.AZ məsələ ilə bağlı müğənni ilə əlaqə saxlayıb. Almaz Ələsgərli yayılan xəbərlərə çox sərt reaksiya verib: 

“Ətəyim uzun idi deyə, ayağımın altında qaldı yıxıldım. Əlimi uzatdım, kömək etdilər. Verilişə gedəndə səhər yeməyimi yeyib, getmişdim. Almaz bəyəm aclıqdan çıxıb ki, ac olsun və yıxılsın ?”.

Müğənni bu hadisəyə görə çoxlarının narahat olduğunu bildirib.

“Hər kəs yıxıla bilər. Normal bir şeydir. Bayaqdan dostlarım zəng vurub səhhətimi soruşurlar.  Hamı narahatdır. Təki canınız sağ olsun”.

 


loading...