Tanınmış ifaçılar Sevil və Sevinc bacıları maliyyə vəziyyəti yaxşı olmayan ailənin 7 yaşlı üzvünün əməliyyatı üçün əllərindən gələni ediblər. XƏBƏRÇİ.AZ-ın vasitəçəliyi ilə əkiz bacılar burun və boğazındakı artıq ətlərdən əziyyət çəkən uşağın əməliyyat xərclərini öz üzərlərinə götürüblər. Əməliyyat Grand Hospitalda reallaşıb. 7 yaşlı Gülnarə əməliyyat sonrası evə buraxılıb və özünü çox yaxşı hiss edir.
Xatırladaq ki, vasitəçiliyimizlə olan bu savab və xeyr işdən qürur duyuruq və səsimizə dərhal səs verən Sevil və Sevinc bacılarına təşəkkür edirik.