Xalq artistlərinə daha bir AĞIR İTKİ

Xalq artistlərinə daha bir AĞIR İTKİ

XƏBƏRÇİ.AZ-ın məlumata görə, xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına daha bir ağır itki üz verib.

Belə ki, məşhurların əmisi rəhmətə gedib. Bu haqda faktı Gülyanaq Məmmədova Milli.Az-a təsdiqləyib.

"Hazırda Şəkidəyik, əmimi bu gün dəfn etdik. Uzun müddətdir ki, xəstə yatağında idi", - deyə xalq artisti bildirib.

 

Qeyd edək ki, bir müddət əvvəl xalq artistlərinin atası rəhmətə getmişdi.


loading...