Oğlu Fuad Poladovun səhhətindən danışdı: "İrəliləyiş yoxdur"

Oğlu Fuad Poladovun səhhətindən danışdı: "İrəliləyiş yoxdur"

"Fuad Poladov müalicəsini davam etdirir, vəziyyətində hansısa irəliləyiş yoxdur." 

XƏBƏRÇİ.AZ məlumatına görə, bu sözləri kulis.az-a açıqlamasında Xalq artisti Fuad Poladovun oğlu Ağarəhim Poladov söyləyib. Onun sözlərinə görə, aktyorun vəziyyəti stabildir: 

"Müalicəsini burada alır. Gələn zəngləri açmır, çünki özü kimsəylə danışmaq istəmir. Xahiş edirəm, anlayışla qarşılayasınız", - o, daha sonra əlavə edib. 

 

Xatırladaq ki, aktyor Fuad Poladov xeyli müddətdir ki, xəstəliklə mübarizə aparır.


loading...