"Kasıbların dostu Məhərrəm ..." - Şəmkirli Məhərrəmin həbs xəbəri aləmi bir-birinə qatdı

"Kasıbların dostu Məhərrəm ..." - Şəmkirli Məhərrəmin həbs xəbəri aləmi bir-birinə qatdı

Ötən gün tanınmış iş adamı, böyük ürəyə sahib xeyriyyəçi Pakrov Məhərrəmin hüquq – mühafizə orqanları tərəfindən saxlanıldığı barədə mətbuatda xəbərlər yayıldı. Lakin cəmi bir gün sonra böyük ürəyə sahib Pakrov Məhərrəmin əsassız tutulduğu, haqsızlığın qurbanı olduğu təsqid edildikdən sonra həmyerlimiz azadlığa buraxılıb. Tanınmış iş adamının azadlığa buraxılması xəbəri yeri - göyü lərzəyə salıb. Belə ki, məşhur şou-biznes nümayəndələri  iş adamının videosunu öz şəxsi səhifələrində paylaşaraq onun sevincinə şərik olublar. Hər kəs Pakrov Məhərrəmi mərd, ürəyiaçıq, kasıba əl tutan biri kimi xarakterizə edib. Əldə etdiyimiz məlumata görə Moskvada yaşayan P. Məhərrəm ona əl açan çox insanın əlindən zamanında tutmağı bacarır, xəstələrə, kasıblara yardım edir. Şəmkirli balası ana yurdunda məktəblər, məscidlər tikdirib, yolların təmirində köməklik edib. 

XƏBƏRÇİ.AZ məlum məsələyə görə, Məhərrəm bəyin videosunu paylaşıb, ürək sözlərini yazan məşhurların fikirlərini təqdim edir:

Əməkdar artist Ədalət Şükürov: “Əziz dost, gözəl insan. Bu gün hamımızı kədərləndirdin. Həmişə evində”.

Əməkdar artist Vasif Məhərrəmli: “ Həmişə evində- eşiyində əziz kirvəm. Allah səni qorusun Məhərrəm.”

Müğənni Xəyyam Nisanov: “ Allah bizim böyük qardaşımız Məhərrəmi bizlərə çox görməsin. Allah pis gözlərdən qorusun”.

Müğənni Rəqsanə İsmayılova: “ Çox şükür haqq ədalət yerini tapdı. Sən hər zaman var ol  dəyərli dost, qardaş. Səninlə hər birimiz qürur duyuruq.  Məhərrəm bütün sənət aləminin dostudur. Allah səni başımızız üstündən əskik etməsin. Sənin elə gözəl qəlbin var, orada qala bilməzsən. Sən hər birimizə arxa dayaq olmusan”.

Müğənni Təranə Qumral: “ Gözəl insan və dost, Şəmkirin xeyirxah oğlu. Əməli düz, kasıbların dostu Məhərrəm öz gözəl əməllərinlə insanların ürəyində imzanı atmısan. Tikdirdiyin məktəblərdə asdığın bayraqlar, məscidlər səni qorusun”.

Prodüser Tarix Əliyev: “ Məhərrəm müəllim çox yaxşı insandı. Şəmkirdə öz kəndində məscid tikdirib, asfalt çəkdirib, neçə- neçə ailəyə köməklik edib. Allah yaxşı insanları qorusun”.

 


loading...