Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Ağayevanın atası Qabil bəy dünyasını dəyişib.
Xəbərçi.az bildirir ki, dünən müğənninin atasının ölümündən 7 gün keçib.
T. Ağayeva atasının yeddi mərasimi günü xına məclisinə dəvət alan yeganə və xüsusi qonaq ifaçı olub. Onun toyda mahnı oxuyarkən çəkilən görüntüsünü şairə Nazilə Səfərli İnstaqram səhifəsində paylaşıb. Çünki xına mərasimini Nazilə səfərli idarə edirmiş.
T.Ağayevanın atasının yeddisi çıxmamış xınaya getməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hər kəs onun bu addımını qınayıb.