Bir neçə gündür “Facebook”da azərbaycanlı tanınmışlara qarşı başlayan “blok”lanma sistemi müğənni Nura Suridən də yan keçməyib.
XƏBƏRÇİ.AZ xəbər verir ki, belə ki, ifaçının şəxsi hesabı sosial şəbəkə rəhbərliyi tərəfindən bir neçə günlük bloklanıb.
Buna müğənninin Puşkinə aid olan “Sən oğrusan, sən qulsan, sən ermənisən!” sözlərini paylaşması səbəb olub.
Suri bu haqda özü məlumat verib. O bildirib ki, “Facebook” hesabı şikayət olunub:
“Puşkinin ermənilər haqda dediyi sözləri paylaşdığıma görə, kimsə məni şikayət edib. Deməli, dostluğumda azərbaycanlı görünən ermənilər də var”.