Tanınmış ifaçı Ülviranı ölümlə hədələdi: “O kişisifətin dilini kəsib ...” - QALMAQAL - VİDEO

“Allah bilsin onunla bu Məhərrəm ayında onu Allaha tapşırıram"
Tanınmış ifaçı Ülviranı ölümlə hədələdi: “O kişisifətin dilini kəsib ...” - QALMAQAL - VİDEO

“ARB” kanalında yayımlanan “Günə davam” verilişində aparıcı Ülvira Qaryeva müğənni Zahidə Günəşdən danışan zaman onu toy müğənnisi adlandırıb. Bundan əlavə aparıcı xanım bildirib ki, Zahidə Günəş mətbəxdə oturub, yeməyini bişirsə daha gözəl olar. Z. Günəş Xəbərçi.az-a açıqlama verib. İfaçı göz yaşlarını saxlaya bilməyib aparıcı Ülvira Qarayevanı Allaha tapşırıb və qarğış edib:

“Allah bilsin onunla bu Məhərrəm ayında onu Allaha tapşırıram. Təbii ki, sözləri təhqir hesab edirəm. Özü də gör kim deyir bu sözləri... Heç olmasa bu sözləri ağıllı, tərbiyəli qadın desəydi... Onun barədə ətraflı məlumatım yox idi. Bu sözlərindən sonra  “youtube”a girdim, izlədiyim videolarda onun özünü necə aparmağını, insanların ona münasibətini gördüm, ondan sonra əsəblərimi bir az cilovlaya bildim. Otellərdə gecələmirəm, barlarda gəzmirəm ki... Qoy mənə toy ifaçısı desinlər, balamı əziyyətlə böyüdürəm. Heç vaxt sponsorum olmayıb, özüm qazanmışam. Mənim başqa yerdən gəlirim yoxdu, bircə Allahım var. Kim mənə pislik eləyibsə, başı bəlalardan ayılmayıb. Mənə müxbir sual verdi ki, siz nə yaxşı övladınızla gəlmisiniz? Müğənnilərin çoxu uşaqlarını gizlədir. Dedim ki, mən övladımı niyə gizlətməliyəm ki? Ev yıxmamışam, alnım ləkəli deyil. Heç kimdən utanacağım, çəkinəcəyim yoxdu”.

“Ülvira xanıma zəng eləyib narazıçılığınızı bildirdinizmi” sualına ifaçı belə cavab verib:

“Zəng elədim, telefonu ona vermədilər. Məndən müsahibə götürən müxbirə zəng elədim sonra, dedim ki, onun dilini kəsib, özünə yedizdirərəm. Gözümü yummadan Ülviranı öldürərəm! Sadəcə bir şeydən narahatam ki, mənim oğluma kim baxacaq. Bəli, indi gündəmdə deyiləm. Mən cəbhələrdə konsert verəndə, ağzım burnum uçuqlayıb gələndə o haradaydı? Mənə deyiblər ki, güllə dəyər sənə, təhlükəlidir, cəbhələrə getmə. Amma mən getmişəm. Ülvira özü ANS-də çalışanda nə qədər məni verilişinə dəvət edib, mən getməmişəm. Çünki vaxtım yox idi. Çörək pulu qazanırdım. Həyatımı balama və özümə bağlamışam. O qadının özünü ortaya qoyub danışan lazımdı. Getsin özünə baxsın öncə. Bəlkə də onun qızı yaşındayam mən. (videonun 10:38-ci dəqiqəsində ağlayır) Ayıbdı, yekə qadınsan, yaşından utan. Heç nə demirəm, balamın ahı tutsun onu. Tutacaq da...

Müğənnilərlə müqayisə eləyir məni. Mən nə oxumuşamsa, hamısı hitdi. Musiqi savadı var onun ki mənə dəyər verir? Özünə reyting qazanmaq üçün mənim adımı çəkir. Mən o reytinqi onun burnundan gətirərəm!

“Aparıcı Ülvira xanım deyir ki, ailə qurub efirdən getsəzdə sonra yenə qayıtdız”.

“Hə deyir ki, Zahidə ailə qurdu, getdi sənətdən. Boşanandan sonra yenidən qayıtdı. Belə bir şey olmayıb. Uşaq doğulana kimi mən oxumuşam. Uşaq olandan sonra, 40 günlüyü çıxmamış efirə çıxmışam. O kişi sifətli qadının görünür qalmaqallardan vaxtı yoxdur, baxsın görsün ki, Zahidə nəyə görə görünmür. Zahidə qalmaqalla çıxmayıb, Zahidə soyunmayıb, Zahidə kişilərlə gündəmə gəlməyib. Evli adamla görüşməmişəm, milyarder mənə maşın almayıb. Adım təmizdir və bununla da fəxr eləyirəm. O qədər milyonçu sənətçilərimiz rəhmətə gedib ki, öləndən sonra lənətlənirlər. Mən elə bir ad qoyuram ki, mən öləndən sonra ağlayacaqlar ki, Zahidə yaxşı insan idi”.

Aparıcı Ülvira Qarayevanın da fikirlərini dərc etməyə hazırıq. 

 

 


loading...