Tanınmış şairə Nazilə Səfərlinin gözü yolda qalıb. Xəbərçi.az bildirir ki, şairə ötən gün "Səni axtarıram" verilişində qonaq olub. Şairənin verilişə gəlməkdə məqsədi günlərdir keçmiş gəlinləri Pərvanənin onun və ailəsi haqqında səsləndirdiyi həqiqətə uyğun olmayan fikirlər olub. Aparıcı Xoşqədəm Hidayətqızı söz verib ki, əgər Pərvanə də razı olsa onu Nazilə xanımın evinə qonaq aparacaq. Ancaq söz verilən qonaqlıq baş tutmayıb. Nazilə Səfərli bu barədə belə açıqlama verib:
"Xoşqədəm Hidayətqızı, komandası, Pərvanə və qardaşımın balaları üçün hər zaman evimin qapısı açıqdır. Qonaq Allah qonağıdır. Gəlirlər xoş gəlirlər. Amma illərdir ki, mən qaynanamla yaşayıram. Onun sözü mənə qanundu, evimizin böyüyüdür. O dedi ki, qızım çəkiliş olmasın, amma belə kim gəlirsə, xoş gəlir. Qardaşımın balalarını bizə gəlməsi qeyri-adi hadisə deyil ki, mütləq çəkiliş lazım ola ... Mən də bu barədə Xoşqədəm xanıma dedim. Lakin çəkilişsiz gəlmədilər".
Qeyd edək ki, Nazilə Səfərli bu qonaqlıq üçün dünən gecədən hazırlaşıb, qardaşı balalarının sevdiyi yeməkləri bişirib. Amma bu qonaqlıq məlum səbəblərə görə baş tutmayıb.