Bülənt Ərsoy xəstəxanaya yerləşdirildi - Bütöv mərtəbə boşaldıldı

Bülənt Ərsoy xəstəxanaya yerləşdirildi - Bütöv mərtəbə boşaldıldı

Türkiyəli müğənni Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib.

Bu barədə “Popstar 2018” verilişinin prodüseri və aparıcısı Osmantan Erkır məlumat yayıb.

O bildirib ki, B.Ərsoy ağır qrip diaqnozu ilə xəstəxanaya yerləşdirilib:

““Diva”nın “Popstar 2018”in canlı yayımına çıxıb-çıxmayacağı bilinmir. Həkim növbəti günlərdə qərarını verəcək. Ümid edirik bizimlə olacaq”.

Qeyd edək ki, B.Ərsoyun yerləşdirildiyi palatanın olduğu mərtəbədə bütün otaqlar boşaldılıb və xəstələr digər mərtəbələrə köçürülüblər.

 

qafqazinfo


loading...