Oskara layiq olub? Oskar almayan ən uğurlu kişi aktyorlar kimlərdir? -SİYAHI

Oskara layiq olub? Oskar almayan ən uğurlu kişi aktyorlar kimlərdir? -SİYAHI

Elə məşhur aktyorlar var ki, onlar filmləri və peşəkarlıqları ilə tanınsalar da, dünya kinematoqrafiyasının ən nüfuzlu mükafatı sayılan Oskar ilə təltif olunmayıblar. Bu yazımızda sizi bu siyahıya başçılıq edən kişi aktyorlarla tanış edəcəyik.

 

Brüs Uillis – 2 dəfə Emmi, 1 dəfə Qızıl Qlobus mükafatlarına layiq görülüb, 60-dan çox filmdə yer alıb.

Tom Kruz – 19 yaşında “Sonsuz məhəbbət” filmində kiçik rolu ilə debüt edib. Son illər əsasən “Çətin missiya” filmlər seriyası ilə ekranlara gəlir.

Conni Depp – 2012-ci ildə ən çox qazanan aktyor kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. Lakin hələ də Oskar almayıb.

Samuel L. Cekson – Kventin Tarantionun bir çox filmlərində yer aldığı üçün onun ən sevilmi aktyorlarındandır hesab oluna bilər.

Harrison Ford – 50 ildən çoxdur ki, kino sahəsindədir. İndiana Cons film seriyasındakı eyniadlı rolu ilə ürəkləri fəth edib.

 


loading...