Əməkdar artistlər Lalə Məmmədova və Röya Ayxan barışıb.
XƏBƏRÇİ.AZ xəbər verir ki, müğənni intaqram səhifəsində küsülü həmkarı Röya Ayxan və müğənni Elnarə Xəlilovanın arxiv fotosunu izləyiciləri ilə bölüşüb.
O, paylaşıma “Necə də maraqla başımızı aşağı salıb baxırıq. Elnarə, bizə nə göstərirdin? Ağızaçıq qalmışıq, konserti də unutmuşuq” şərhini yazıb. Röya isə fotoya “Saç düzümümdən bilinir ki, hələ ərdə deyildim” şərhini yazıb.
Sosial şəbəkə istifadəçilərinin barışıq suallarına L. Məmmədova belə cavab verib: “Çox sözlər söylənə bilər, amma bu küsmək düşmənçilik anlamına gəlmir”.
Qeyd edək ki, L.Məmmədova “Qonaq gəl bizə” verilişində R.Ayxanla bağlı bu sözləri demişdi: “Röyaya deyirəm ki, gəl başqa janrda oxu. Onun da günahı yoxdur, bəstəkarlar eyni tərzdə mahnılar təqdim edir. Onun səsi ilə daha çox və maraqlı işlər etmək olar”.
Röya isə onun sözlərinə sərt cavab vermişdi: “Müğənninin bir tərzi olar. Kim deyir ki, üzünə demişəm janrını dəyiş, yalan danışır. Qorxularından bunu üzümə heç vaxt deyə bilməzlər, baltalayaram”.
Bundan sonra lalənin Röya və İradə qalmaqalına münasibət bildirməsi qalmaqalı daha da alovlandırmışdı
qqaznfo