Əməkdar artisti Aybəniz Haşımovaya ağır itki üz verib.
Xəbərçi.az bildirir ki, müğənninin bacısının həyat yoldaşı vəfat edib. Bu haqda Aybəniz Həşimova öz “Instagram” səhifəsində məlumat verib:
“Ömürdə belədir… Açılır və solur. Heç kim bilmir nə qədər yaşayacaq. Bu sevgi dolu imtahanlı dünyada yalnız xoş və qaranlıq dolu xatirələr, əməllər qalır yaddaşlarda. Bacım Şəhla için-için ağlayır. Allah sənə rəhmət eləsin, Vaqif! İllərdir bacıma həm həyat yoldaşı olmusan, həm də övlad. Haqqını halal et!”, – deyə müğənni kədərini bölüşüb.