
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəzrin Cavadzadə eskalator “qurbanı” olub.
Sosial şəbəkədə eskalatorun pilləsinə ilişib qalmış ayaqqabısının şəklini paylaşan aktrisa yazıb: “Hər yerə tələsərkən kainatın mənə verdiyi cavab budur”.
Qeyd edək ki, son zamanlar adı mediada açıq-saçıq geyimlərinə görə daha çox hallanan Nəzrin gərgin iş qrafikində çalışdığını bildirib.
