"Xəzər" televiziyasında yayımlanan "Səni axtarıram" verilişinə çıxan Pərvanə adlı qadının "dram"ı çox insanı göz yaşına boğub. Xeyriyyəçi şairə Nazilə Səfərlinin qardaşının keçmiş həyat yoldaşı olan Pərvanə adlı sözügedən xanımın danışdıqlarının, iddialarının nə dərəcədə düzgün olub-olmadığını bilmək üçün Nazilə xanımla əlaqə saxladıq. Aylardır bu barədə kəlmə belə danışmayan şairə Nazilə Səfərlinin xeyriyəçilik əməllərini şəxsən özüm işıqlandırdığım üçün bu məsələ düzü məndə inamsızlıq və təəccüb yaratmışdı. Təəccüb edirdim ki, öz Həcc ziyarəti üçün yığdığı pulu 19 il övlad sahibi ola bilməyən ailənin valideynlərinin müalicəsi üçün xərcləyən N. Səfərli necə olur ki, öz qardaşı balalarına dayaq durmur ?! Nazilə Səfərli bildirdi ki, mən kiməm ki ata-anamın, qardaşımın ailə məsələlərinə qarışım. Əgər işıqlandırmaq, doğruları bilmək istəsəz qapımız hər kəs kimi sizin də, üzünüzə açıqdır.
Səhəri gün XƏBƏRÇİ.AZ əməkdaşları Hövsana yollandı. Pərvanə xanımın keçmiş qaynana, qaynatası bizi mehribançılıqla, gülərüzlə qarşıladı, hətta kəsdikləri qurbanın ətindən bizə də süfrə qurdular. Qurban əti olduğu üçün dəyərini bilib, bir təam nuş etdik. Daha sonra isə söhbətə başladıq.
- Pərvanə adlı xanımı evinizə gəlin kimi gətirdiyiniz üçün peşmansınızmı?
- Vallah yalan desəm, günaha bataram. Lap birinci gün toy gecəsindən sonra qohum-əqraba kişilərlə oturub yeyib-içirdik, təzə gəlin utanmadan biz kişilərin üstündən keçib, hamama girdi. Daha sonra çox üzr istəyirəm baldırı açıq geyimdə, hər kəsin qarşısına çıxdı. Deyəndə abırlı geyin deyirdi ki, məni belə görmüşdünüz, mən hər zaman mini geyimdə olmuşam. Deyirdim qızım ər evi ayrı, ata evi ayrı. Sən gəlinsən, anasan, adımız və namusumuzsan. Deyirdi ki, bezdirməyin məni azadlıq istəyirəm. Gəlinin səhər yeməyini belə mən hazırlayırdım. Mən ona gəlin demədim həmişə ona qızım dedim. Səhvi olanda böyük kimi başa salmağa çalışdım. Pərvanəni alanda qohumlar məni qınayardı ki, niyə yetim qız aldın. Məndə hamıya deyirdim ki, yetim qız məgər gün görə bilməz?! Savabdır, qoy, malımı, dövlətimi yesin, dolansın. Məni söyən qadına mən niyə ev bağışlayım ?! Mənə nəsə olsa vəsiyyətnamə yazmışam. Yazmışam ki, oğlum iki nəvəm üçün ayırdığım evi onlara verəcək. Amma 18 yaşları tamam olsun sonra ... Pərvanənin 4 evi var. Onun məgər evə ehtiyacı var?! Onun problemi qızım Nazilə Səfərlidir. İstəyir ki, onu biabır etsin, ondan pul qopartsın. Sən Nazilə ilə yaxşı olardın o sizə ürəyini verirdi. Uşaqlar üçün indi də darıxır, ağlayır. Bizi aparıcı Xoşqədəm xanımla qorxuzur. Deyirdi ki, Zaura çıxacam, bir də gördük ki, Xoşqədəm xanımın verilişindən bizə ultimatum yollayır.
- Yaxşı bu xanım niyə, nədən narazı idi ? Ailədə ən çox davalar nə üstə düşürdü?
- 6 ay evimizdə telefon davası düşdü. Bu qız hamama da, yatağa da telefonla girirdi. İnstagramda 28 min dostu var idi. Geyimi bizim ailəyə uyğun deyildi. Psixi problemi var idi. Hər ayın 23-25-i aralığında xəstəliyi tuturdu. Bu qızın gündəliyini tapdıq, şok keçirdik. Sevişdiyinlə, görüşdüyünlə olan münasibəti dəftərə yazmaq və o dəftəri ər evinə gətirmək xəyanətdir. Kim bizi qınayırsa, başına gəlsin. Daha sonra cadularını tapdıq. Oxu, üfür, "kocanı kendine böyle bagla" və s. kimi əməllərini görüb, bir daha əmin olduq ki, bu qızın başında böyük problem var. (caduları təqdim edirik - videoda -red)
Pərvanənin əsl həyatı, daxili aləmi bu dəftərdə nümayiş olunur. Ailə israrla əmindir ki, dəftər Pərvanənindir, hətta ekspertiza belə bunu təsdiq edə bilər, deyirlər.
- Ana nəvələrin üçün darıxırsanmı ?
- Burnumun ucu göynəyir (ağlayır - red)
- Ağsaqqal sən necə ?
- Lap çox darıxıram. ( kövrəlir -red) Mənim anam, atam öldü ağlamadım, amma nəvələrimi bu evdən aparanda hönkür-hönkür ağladım. Bizə nə hörmət qoydun axı sən ? Belə gəlinin tərəfini tutanın ocağına elə Pərvanə kimi biri qismət olsun.
Əfruzə Ağayeva
Nazim Qasımzadə