Dünyada tanınan bu məşhurlar haqqında bildikləriniz çox olsa da, bu yazıda onların çoxusuna məlum olmayan faktlardan danışacağıq.
Bununla bağlı XƏBƏRÇİ.AZ kiçik bir araşdırma edib. Həmin araşdırmanı təqdim edirik. Beləliklə, ilk məlumatımız Brüs Uillislə bağlıdır
1.Brüs Uillis uşaqlıqda kəkələməkdən əziyyət çəkib. Məktəb teatrında səhnədə rolunu ifa edərkən rahat danışa bildiyini görüb və dram dərsləriylə, teatrla məşğul olmaqla bunun öhdəsindən gəlib.
2 “Tibetdə 7 il” filmində canlandırdığı roluna görə Bred Pitin Çinə girişi qadağan edilib.
3.Tom Kruzun 7 yaşı olanda ona disleksiya diaqnozu qoyulub. Disleksiya öyrənmək, oxumaq, yazmaq çətinliyidir.
4 Conni Depp klounlardan dəhşətli dərəcədə qorxur, bir sözlə, koulrofobiyası var.
5.Əslində Kapitan Cek rolu üçün Disneyin ilk seçimi Jim Kerri olub.
6 Brüs Uill saatını çox vaxt qolunun içəri tərəfinə doğru taxır. Bunu bəzi filmlərində də görmək mümkündür.