Məşhur müğənni həbs olunub

Məşhur müğənni həbs olunub

Vitas təxəllüsü ilə məşhur olan müğənni Vitali Qraçov atışmaya görə yeddi sutka inzibati həbs cəzası alıb.

XƏBƏRÇİ.AZ xəbər verir ki, bu barədə REN TV-yə istinadən xəbər verir ki, polis əvvəl Qraçovu xırda xuliqanlığa görə 500 rubl cərimə etsə də, lakin prokurorluq daha ağır cəza tətbiq edilməsi üçün bu qərarı ləğv edib. Göstərilən maddə 15 sutkaya kimi həbs cəzasını nəzərdə tutur.

Martın 22-si gecəsi bildirilib ki, Vitas sərxoş vəziyyətdə küçədə atışma törədib. Müğənnini qonşuların çağırdıqları polis əməkdaşları aparıblar.

Qeyd olunur ki, Qraçev əvvəl polislərə müqavimət göstərib, evin qapılarını açmaqdan imtina edib.

Musiqiçi deyib ki, o, start tapançadan (boş güllələr açan) qarğalara atəş açıb.

Xatırladaq ki, Vitas falset ifaçısı və mahnı müəllifi kimi məşhurdur. Onlarla musiqi albomu buraxıb.


loading...