Xalq artisti Aygün Kazımova instaqram səhifəsində müzakirələrə səbəb olan paylaşım edib.
XƏBƏRÇİ.AZ xəbər verir ki, müğənni 2002-ci ildə Heydər Əliyev adına Sarayda keçirilmiş “Gələrsiz, görərsiz” konsertindən görüntülər yayımlayıb. Görüntülərdə sənətçinin küsülü olduğu əməkdar artistlər Tünzalə Ağayeva, Röya Ayxan, yeri barışdığı həmkarı Natavan Həbibi, Elnarə Xəlilova və Samir Bağırov yer alıb.
Aygün həmin paylaşıma adıçəkilən sənətçilərin şəxsi instaqram hesablarını “tag” edib, "Yaxşı ki, varıq" şərhini yazıb.
O, həmçinin tanınmış bəstəkar Vaqif Gərayzadəni ad günü münasibəti ilə təbrik edib.
Videoya Natavan Həbibi və Elnarə Xəlilova şərh yazıb.(qafqaznifo)