Tanınmış xanəndə, xalq artisti Könül Xasıyevaya bir milyon iki yüz min manat "atıldığı" barədə iddialar səsləndirilib.
XƏBƏRÇİ.AZ bildirir ki, olke.az-ın əldə etdiyi xəbərə görə, xalq artistinə bir müddət öncə tanıdığı şəxs tərəfindən ortaq biznes qurmaq təklifi edilib. Sənətkar əvvəlcə təkliflə razılaşmasa da, sonradan müsbət cavab verib.
İddiaya görə, biznes Gürcüstanda qurulmalıymış. Əldə edilmiş razılaşmaya əsasən, "şəriki" qonşu ölkədə qurulacaq biznesin təşkilati tərəflərini həll etməli, aidiyyatı dövlət qurumlarıyla əlaqələr qurmalı, xalq artisti isə maliyyə ayırmalıymış. Amma "şərik" pulu Xasıyevadan alandan sonra yoxa çıxıb.
Əldə etdiyimiz xəbərlə bağlı K.Xasıyevanın münasibətini öyrənmək cəhdlərimiz baş tutmayıb.
Bir daha qeyd etmək yerinə düşər ki, əldə etdiyimiz məlumat sadəcə iddiadır. Həqiqətin necə olduğunu yalnız Könül Xasıyeva bilir.