40 yaşlı subay aparıcı: “Afaqla sevgiliyəm, Oksana ilə gizli eşq yaşayıram”

40 yaşlı subay aparıcı: “Afaqla sevgiliyəm, Oksana ilə gizli eşq yaşayıram”

Tanınmış aparıcı və son vaxtlar özünü aktyor kimi sınayan Şəhriyar Əbilov şəxsi həyatından danışıb.

XƏBƏRÇİ.AZ xəbər verir ki, 40 yaşlı subay aparıcı insanların onun barəsində cürbəcür şayiələr yaydığını deyib:

“Subay kişiyəm, hansı xanımla dostluq edirəm, o saat barəmizdə şaiyələr yaymağa başlayırlar. İnsanlar elə bilir ki, dostluq etdiyimiz xanımlarla sevgi münasibətlərimiz var. Yazırlar ki, Afaq Gəncəli ilə sevgiliyəm, Oksana ilə gizli eşq yaşayıram. Boş-boş söhbətlərdir, Hər iki xanımla çox gözəl, səmimi dostluq münasibətlərimiz var. Oksana ilə çəkildiyimiz “Lal yuxu” serialında isə sevgiliyik, ölürük bir-birimizin dərdindən. Nə olsun, o filmdir, reallıq tam fərqlidir. Oksana gündə bir dənə qız şəkli göndərir ki, bax, birini bəyən evlənmək vaxtındır. Həyatımda ən çox diqqət ayırdığım bir qadın var, o da mənim anamdır”.

 

yeniçağ.az


loading...