Şəbnəm qızı ilə video paylaşdı, "görməmiş" dedilər - VİDEO

Şəbnəm qızı ilə video paylaşdı, "görməmiş" dedilər - VİDEO

Müğənni Şəbnəm Əsədovanın qızı Günelin 14 yaşı tamam olub. Xəbərçi.az bildirir ki, müğənni qızına "İphone 8 " hədiyyə edib. O, şəxsi “İnstagram” hesabında həmin anların görüntüsünü paylaşaraq, “Bu gün gözəl qızımın 14 yaşı tamam olur. Mənim gül balam, nə yaxşıki varsan. Ağıllı qızım. Mən qızıma bu günə qədər telefon istifadə etməyə icazə vermirdim. Balaca hədiyyəyə qızımı necədə sevindirdi” – sözlərini yazıb.

İfaçının videoları birmənalı qarşılanmayıb. Əksəriyyət onu "görməmiş" adlandırıb. 

Qeyd edək ki, bir neçə gün bundan öncə ifaçının özünə də həyat yoldaşı eyni telefon markasını hədiyyə etmişdi. 


loading...