Xəzər Tv-də yayımlanan 5/5 verilişində maraqlı anlar yaşanıb.
Xəbərçi.az bildirir ki, verilişdə aparıcı Zaur Kamalın arzusu ürəyində qalıb. Belə ki, Zaur küsülü ifaçılar Könül Kərimova və Təranə Qumralı barışıq üçün cəhd göstərib. Verilişin ilk hissəsində Təranə Qumral və Musa Musayev qonaq olub. Verilişin ikinci hissəsində isə Könül Kərimova qonaq olub. K. Kərimova oxuduqdan sonra studiyaya anidən Təranə Qumral daxil olub. Bu zaman Könül Kərimova Təranə Qumralla barışmaq istəmədiyini bildirib və aparıcıya bildirib ki, şou xətrinə belə etmək düzgün deyil.
Təranə Qumral isə studiyaya telefonu üçün gəldiyini açıqlayıb: “Zaur o bizlə danışmır özü bilər, amma mənim Könüllə davaç və problemim yoxdu. Studiyaya da telefonum üçün qayıtdım elə bildim reklamdı daxil oldum deyim ki, sənin bizlə nə problemin var axı... ayıbdı. Sən demə çəkiliş davaç edirmiş”.
Saytımıza açıqlamasında Təranə xanım bildirib: “Mənim onunla barışmaq niyyətim yoxdu. Çünki küsülü deyiləm. Mən dostluğu da, düşmənçiliyi də əla bacarıram. Düşmənlərimi də hamı bilir. Yəqin Könülü Cabbar qoymur bizlə danışmağa, normal bir şeydi səbəbi də bilənlər bilir”.