Flora Kərimovanın dodaq uçurdan mirası- "Evim, bağım, qızıllarım..."

Flora Kərimovanın dodaq uçurdan mirası- "Evim, bağım, qızıllarım..."

Xalq artisti Flora Kərimova  "Zaurla Günaydın" verilişinə qonaq olub.

Xəbərçi.az xəbər verir ki, xalq artisti verilişdə var -dövlətini var-dövlətini övladları və köməkçisi arasında böldüyünü bildirib.

"Ən böyük övladım Yaqutdur (köməkçisi - red.). Sonra oğlum Oktay və qızım Zümrüt gəlir. İndi bir övladım da var, Nigar. Hər səhər dua oxuyub Allaha onlar üçün yalvarıram. Heç vaxt Allaha yalvarmamışdım. Bir evim anamdan qalıb, oğluma bağışladım. Bir evimi də qızımın atası almışdı. İndi qaldığım evdir, möhtəşəmdir. Orada hər bir otaqda bir ailə yaşayırdı. Onları rəhmətlik köçürtdü, təmir etdi, amma yaşaya bilmədi. İndi qızıma vəsiyyət etdim. Qızımla oğlum heç vaxt heç nəyi bölmür. Bağım isə ikisinin ümumidir. Oturdum onları zinət əşyalarımı da Yaqut, Zümrüd və Oktay arasında böldüm".


loading...