Əməkdar artist Mətanət İsgəndərli sosial şəbəkədə tənqid yazanları qınayıb.
Xəbərçi.az məlumat verir ki, müğənni "Evimin qonaqları" verilişində həmçinin hər gününü sosial şəbəkədə paylaşan həmkarlarını tənqid edib
"Əvvəl heç kimin heç kimdən xəbəri yox idi. İndi sosial şəbəkədə hər şeylərini nümayiş etdirirlər. Ev alır, maşın alır göstərirlər. İstirahətlərini orada nümayiş edirlər. Paltarlarını göstərirlər. Gedirlər toylarını çəkib paylaşırlar. Buna görə də hamı nə gəldi yazır. Axı başqasının bunu etməyə imkanı yoxdur. Bunları görüb, hamı da can atır sənətə. Amma bu mümkün deyil, hərə öz zəhmətinə görə qazanır. Tənqid yazanlar bilmir ki, biz zəhmət çəkir, gecə-gündüz çalışırıq bunları əldə etmək üçün".
(axşam.az)