"Söyləməzsəm olmaz" verilişində Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalovanın Orxan Ölməzlə sevgili olması barədə açıqlama verilmişdi.
Xəbərçi.az məlumat verir ki, Günel xəbərlərə münasibət bildirib. O deyib ki, Orhanla 13 ildir dostluq edir, aralarında heç bir sevgi münasibəti yoxdur:
"O, mənim canımdır, çox da istəyirəm onu. "Ölməz muzik" şirkətində "Kırık vazo" mahnım çıxdı. Bizi sevgili etdilər. 13 illik dostluğumuz heç vaxt dəyişməyəcək".
Günel sosial şəbəkədə onu tənqid edənlərə də cavab verib:
"Əsəbilərimi korlamayın, hamının ailəsi var. Xəbəri yazanda bunu fikirləşin. Utanın, ananızı, bacınızı düşünün. Ölümlü dünyada niyə qəlb qırırsız? Azərbaycandakı bəzi özünü bilməyən səviyyəsizlər, əlinə telefonu alıb şərh bildirirsiz, utanmazlar!Paxıllığın bu dərəcəsi də olmaz. "Kırık vazo" adlı klipim çıxdı, hansınız bunu paylaşıb "xeyirli olsun" yazdız? Ancaq xəbər yazasız, paylaşasız, altından da ağzına gələni yazsınlar. Səhifələrdə şərh bölməsini də bağlamırsız. Sizin adınıza utanıram. Amma unutmayın, Hamımızın ailəsi var. Sizi insan olmağa çağırıram".
(axşam.az)