Damladan onu qınayanlara SƏRT CAVAB: “Görəsən, içinizdəki insanlığı kim öldürüb?"

Damladan onu qınayanlara SƏRT CAVAB: “Görəsən, içinizdəki insanlığı kim öldürüb?"

Müğənni Damlanın atasının ölümündən bir neçə gün sonra toy məclislərinə getməsi sosial şəbəkələrdə tənqid olunub.

Xəbərçi.az bildirir ki, sənətçinin ünvanına sərt sözlər yazan izləyicilər onu bu addımına görə qınayıblar.

Damla İnstaqram səhifəsində paylaşım edərək, məsələyə münasibət bildirib. O deyib ki, toya getmək üçün anasından icazə alıb:

"Görəsən, içinizdəki insanlığı kim öldürüb? Kənardan bir insanın həyatını müzakirə etmək, gərçəkləri bilmədən danışmaq, kiminsə könül yarasını qanatmaq sizin üçün bu qədərmi adi bir şeydir? Özünə, varlığına, ailəsinə hörmət etməyən dırnaq arası insancıqlar, siz mənim ata itkimi ələ salıb məni nə haqla qınaya bilərsiniz? Mən anamın icazəsi, halallığı ilə işimə davam etmişəm. Bunu dərk edə bilirsiniz? Məcburam. 

Aylar öncə yazılmış toylar, əmanət verilən behlər, öncədən təyin olunmuş konsert salonları, satılan biletlər, xaricə uçmaq üçün alınan təyyarə biletləri, komandamın aylıq maaşı, ailəmin yükü, oğlumun təhsili və daha yazmaq istəmədiyim bir çox şeylər... Bunların hesabatını kim ödəyəcək? Mən təkəm, arxasızam. O yazanların ağzı isti yerdədir. Ya ərləri qazanır, ya da kimlərinsə hesabına yaşayırlar. Siz nə haqla atamın məzarına dil uzadırsınız? Kimsiniz? Yazırsınız ki, atasının yasını saxlamır. Məndən çoxmu canınız yanır? 

Yazırsınız ki, kefdəsən, puldan gözün doymur, bütün günü toylardasan. Toy dediyiniz, ailə məclisidir. Mən klublarda, əlimdə içki masasında görüntülənməmişəm axı. Ağzınıza nə gəlir, yazırsınız. Yoxsa, hər həftə bir saç rəngindəyəm? Yoxsa, atamdan sonra soyunmağa başlamışam? Nə dəyişib ki? 

Mən illərlə ürək xəstəsi olan atamın bütün çətinliyini tək çiynimdə daşımışam. Bir çox oğulun edə bilmədiyi yükü tək çəkmişəm. Sağlığında insana dəyər verərlər. Onu sağ ikən heç bir sıxıntıda yaşatmamışam. Heç vaxt çətinlik çəkməyə qoymamışam. Təki hamı mənim kimi ailəsinin qədrini bilsin. Siz nə bilirsiniz ki, içimdəki ağrı nədir? Utanın! Bilsəm ki, mən sussam atam geri dönəcək, illərlə səsimi belə çıxarmaram. Allahınız olsun, susun. Mənim acım, mənim itkim mənimdir".


loading...