“Sevdiyim qızın toyunda o qədər içdim ki, sərxoş oldum” – Elvinlə TAM SƏMİMİ SÖHBƏT / - VİDEO

“ Ortada qalmaz” klipimdə həyatda ola bilmədiyim Elvin oldum ..."
“Sevdiyim qızın toyunda o qədər içdim ki, sərxoş oldum” – Elvinlə TAM SƏMİMİ SÖHBƏT / - VİDEO

Müsahibim istedadlı ifaçı Elvin Babazadədir. İstedadına, səs imkanlarına görə hesab edirəm ki, bu gün heç də laiq olduğu pillədə deyil. Dostumdur deyə demirəm, sadəcə bu gün Azərbaycan estradasında Elvin qədər potensiallı, səs imkanları güclü, istedadlı ifaçılar barmaqla sayılası qədərdir.

Qısa zaman çərçivəsində çalışdıq ki, çox şeydən danışaq, məncə alındı da ...

- Elvin deyəsən klip çəkdirməyə yaman meyillisən ...

- İlk klipim “Əzizim ana” olub. Düşünürəm klip ifaçının simasının tanıtımı üçün vacib faktordur. 5 klipim var. Əslində elə də çox deyil … “Əziz ana” klipimdən sonra fasilə verdim. Sonra isə 2016-2018 -ci illər ərzində 4 klip çəkdirdim. Ümumilikdə 5 klipim var.

- Hər 6 aydan 1 klip … Çox deyil ? Həm bizdə xüsusi klip üçün kanal da yoxdur.

- Sənətində irəliləmək istəyirsənsə mahnı da çıxartmalısan, klip də çəkdirməlisən. Maliyyəni düşünməməlisən. Elə ifaçılar var ki, ancaq pul qazanmaq barədə düşünür və klip çəkdirmirlər, yeni mahnıya pul xərcləməyə simiclik edirlər.

- “Ortada qalmaz” klipin yaman bəyənilib. Hətta prodüser Təranə xanım yeni çıxan kliplərlə o klipi müqayisə etdi və çox bəyəndiyini bildirdi, sosial şəbəkədə də paylaşdı.

- Bəli, həmin klip Dağıstanda çəkilib və mənə hədiyyə olunub. Havayı deməzdim amma əsl qiymətə baxanda mənə elə hədiyyə kimidir. Bu günə kimi çalışmışam hər şeyi özüm edim, amma belə jestlər mənə xüsusi stimul verir.

- Amma sponsorsuz çətindir. Kişi müğənnilərə sponsor dayanan kimsə olurmu ?

- Mən bilmirəm vallah (gülür-red) kimin nəyinə lazım kişi ifaçıya sponsor olsun. Olana da pis baxarlar. Həm mən azad insanam, öyrəşmişəm qərarları özüm verim. Heç prodüserim yoxdur. Bir az zəhlətökən insanam, düzü … Klip çəkiləndə rejissorun işinə, mahnı yazılanda arenjemançının işinə də qarışıram, fikrimi deyirəm. Çünki bu mənim işimdir. Düşünmürəm ki, mənim işimə məndən daha çox canı yanan kimsə ola ... Təəssüf ...

- Bildiyim qədərilə Dağıstanda da yaman məşhursan...

- Dağıstanda, İsraildə burdakıdan çox məşhuram.

- Bəs niyə Azərbaycanda  layiqincə  məşhur deyilsən ?

- Deməzdim məşhur deyiləm, tanıyanlar var, adicə Youtube kanalındakı videolarımın baxış sayına nəzər sala bilərsiniz. Amma bu gün maliyyə olmasa, çox çətindir bunu hamımız bilirik. 

- Təsdiq edirsənmi ki, sən bu gün səsinə, istedadına görə laiq olduğun məşhurluğa hələ də çatmamısan.

- Düzdür. Ola bilər siz düşünürsünüz ki, Elvinin səsi filankəsdən daha gözəldir, Elvin filankəsdən daha istedadlıdır amma niyə filankəs Elvindən daha məşhurdur, razıyam. Fikirlər müxtəlifdir. Yəqin o filankəslərin pulu və ya arxanalanacağı kimsə var. Mən isə özüm edirəm hər şeyi …

- Elə olubmu həyatdakı arzun klipdə reallaşıb?

- Bəli. Elə sonuncu klipimdə … Bu barədə danışmaq istəmirəm, zaman keçib, artıq o öz yoluna, mən öz yoluma …

- Elvin açıqlamalısan məncə … Onsuzda klipdə görmüşük.

- Bu barədə mənə danışmaq çətindir. Tam səmimi sözümdür. Hər insan sevir, ancaq sevdiyinə qovuşurmu ? Yəqin ki, Əfruzə xanım siz də sevmisiniz ...

- Yox, Elvin (gülürük -red)

- Nəysə, sözümün canı odur ki, çox vaxt çox sevəndə qovuşmaq imkansız olur. Məndə də elə oldu. Sevdiyim xanımla ailə qura bilmədim, qorxdum. Cəsarətim çatmadı, çünki yaşım az idi. 20 yaşım tamam olmamışdı …

- Nə baş verdi ?

- Ailəsi qızı başqa birinə ərə verdi. Elə ailədə yaşayırdı ki, o ailədə onun özünün yox ailəsinin fikri daha önəmli idi. Ancaq hələ də ağlımdadır, o saf sevgini unutmamışam. Düzdür xatirədir, amma hələ də nələrsə qalıb. Klipdə isə əksinə çox şey edirəm ki, sevdiyim mənim olsun.

- Yəqin realda sevgin az olub, kifayət etməyib ki, sevdiyini başqasına bağışlamısan …

- Nə danışırsız. Razı deyiləm, əsla. Mən o zaman düşünürdüm ki, necə irəli gedim, həmdə ki, yaşım az idi.

- Sonuncu dəfə onu nə zaman gördün ?

- Toyundan bir gün əvvəl gördüm onu, baxışlarımız danışdı, söz tapmadıq. Toyunda da iştirak etmişəm. Ailələrimiz çox yaxın idi. Mənim ailəm hisslərimdən xəbərdar deyildi, məcbur etdilər ki, o toya mütləq getməlisən. Toyda sərxoş oldum. O toydan evə məni qardaşlarım güclə apardı. Həmin gecə “Sevirəm de” adlı mahnımın sözlərini yazdım.

 


loading...