ATV-nin eks aparıcısını küçənin ortasında döydülər - ŞOK !

ATV-nin eks aparıcısını küçənin ortasında döydülər - ŞOK !

Keçmiş aparıcı Sevinc Camalova bir kişi tərəfindən küçənin ortasında döyülüb. 

Xeberci.az xəbər verir ki, Sevinc bu haqda özü xəbər yayıb. O bildirib ki, hazırda bunla bağlı polisə müraciət edib: "Günorta Muradı (oğlu - red.) bağçadan götürməyə getmişdim. Maşını saxlayıb bağçaya tərəf gedirdim ki, tanımadığım bir şəxs avtomobili saxlayıb məni nalayiq sözlərlə təhqir etməyə başladı. Hədə-qorxu gəlirdi ki, məni döyəcək. Bir müddət qışqırdıqdan sonra başa düşdüm ki, maşınıma görə məni söyür. Deyirdi, bu küçədə saxlama. Camaat yığışdı, bu kişi cumdu mənim üstümə və məni üzümdən vurdu. Bəli, vurdu. Bu, gunorta vaxtı, küçənin ortasında baş verib. Polisə müraciət etmişəm, nəticəni gözləyirəm. Bu məsələnin axırına gedib çıxacam". S.Camalova hadisənin Nərimanov rayonunda baş verdiyini əlavə edib: "Puluna və vəzifəsinə arxalanıb, məni tək görüb bunu etdi. Amma respublikamızda dərəbəylik deyil. Hər şey həllini tapacaq".

Qeyd edək ki, Sevinc ATV və "Space" kanalında aparıcı kimi çalışıb. O, uzun müddətdir işindən uzaqlaşıb.


loading...