Boşanacaqları barədə açıqlama verən müğənni Natavan Həbibi ilə reper həyat yoldaşı Dado yenidən barışıb.
Xəbərçi.az xəbər verir ki, reper 8 mart günü həyat yoldaşını təbrik edib və sosial şəbəkədəki paylaşımı ilə yenidən bu münasibət barədə adından söz etdirib: “Bayramın mübarək, Nat” ... Natavan ilə qucaqlaşdığı şəkli instaqram səhifəsində paylaşan Dadonun fanatları bu barışığı çoxdan gözlədiklərini yazıb və cütlüyə xoşbəxtlik arzu ediblər.
Qeyd edək ki, Natavan Dadodan ayrıldığını ilk dəfə dekabrın əvvəlində elan etmiş, bir neçə həftə sonra barışdıqları barədə aparıcı Zaur Kamal video paylaşmışdı. Daha sonra ATV kanalında yayımlanan “Zaurla Günaydın” verilişində əri ilə birdəfəlik ayrıldığını demişdi.
Ayrılıq xəbərləri mediada yayılan cütlük barədə ekstrasens Aqil Məhərrəmov da musavat.com saytına müsahibə vermişdi və cütlüyün ayrılıq xəbərinə inanmadığını açıqlamışdı.