Məşhurlarımızdan “instagram”dan daha çox kim qazanır?- SİYAHI

Məşhurlarımızdan  “instagram”dan daha çox kim qazanır?- SİYAHI

Dünya şou-biznesində olduğu kimi, Azərbaycan məşhurları da “İnstagram”dan biznes məqsədləri üçün istifadə edirlər.Məsələn, stilist Samiraldo “İntagramda” reklam xarakterli hər paylaşım üçün minimum 200 AZN alır.

Günay İbrahimli – 1000 AZN

Sevda Yəhyayeva – 500 AZN

Murad Arif – 500 manat 

Aparıcı Vusalə Kərimova – 400 manat

Gənc aktrisa Zümrüd Qasımova – 1000-2000 manat

Aktrisa Əfsanə Qasımova – 800 manat

Afaq Gəncəli – 500 AZN reklam üçün pul alır. Bu sıraya böyük izləyici kütləsi digər şou-biznes nümayəndələrini, viner-ləri də əlavə etmək olar.

Bəs, “İntagram”dan əldə edilən gəlirdən vergi ödənilməlidirmi?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, əgər “instagram”dan qazanc əldə edilirsə, vergi verilməlidir: “ Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlir hesab olunduğundan, sosial şəbəkələr, o cümlədən “İnstagram” səhifəsi vasitəsi ilə əldə edilən gəlir sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunmaqla gəlir vergisinin vergitutma obyektini təşkil edir və belə gəliri əldə edən fiziki şəxs vergi orqanında vergi uçotuna duraraq qanuna müvafiq qaydada gəlirlərini bəyan etməli, vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidir. Bu gəlir reklamdan da gəlmiş ola bilər”.

Amma bu günə kimi hansısa məşhurun “instagram”dan əldə etdiyi gəlirə görə vergi verməsi ilə bağlı xəbər çıxmayıb. Bəzən məşhurlar onlara hədiyyələr edildiyini, onlar da təşəkkür naminə bunu paylaşdıqlarını deyirlər.

Hər kəsə məlumdur ki, o “hədiyyələr” sırf reklam üçün edilir. Üstəlik ətirlər, geyimlər, müxtəlif əşyalar məşhurlara pulsuz verilməklə yanaşı, onlara əlavə pullar da ödənilir. Bu ödənişlərdən isə heç bir vergi tutulmur. Ümumiyyətlə nazirlik buna necə nəzarət edəcəyini, sistemi hansı formada quracağını bilmir.

Dünya təcrübəsində isə bu məsələ fərqlidir. Məşhurlar qazanclarını gizlətmirlər və buna görə də böyük məbləğlərdə vergi verirlər.(minval.info)

 

 

 

 

 

 

 


loading...