"Arxamda mənə səsverən güclü adamım yoxdu" - ONUN ÜÇÜN DƏ MAŞIN ƏLDƏN GETDİ !

"Arxamda mənə səsverən güclü adamım yoxdu" - ONUN ÜÇÜN DƏ MAŞIN ƏLDƏN GETDİ !

“Xanımlar və Cənablar” devizi ilə yayımlanan “Maşın” realiti şousunun bugünkü buraxılışı zamanı əməkdar artist Tünzalə Əliyeva səsverməyə çıxıb. Xəbərçi.az bildirir ki, aktrisa hədəf olaraq müğənni Talıb Taleyin adını çəkib. Səsvermə zamanı Tünzalə Əliyeva verilişində qonaq olan məşhurlardan da səs istəyib:

“Mən bu şouya xalqıma güvənib gəlmişəm, arxamda dost-tanışım, mənə səsverən kimlərsə yoxdur. Xalqdan səs gözləyirəm. Sadəcə verilişimdə qonaq olan xalq artistləri Brilliant Dadaşova, Aygün Kazımova, Faiq Ağayevdən 1 səs istəyirəm”.

Sonda nəticələr anidən dəyişib, Tünzalə Əliyeva “qalsın”a 45,81 faiz səs toplayaraq, şounu tərk edib.


loading...