Müğənni Kərim Abbasov övladına söz atan Natavana hədə-qorxu gəlib.
Xeberci.az-ın məlumatına görə, “ATV maqazin onlarla” verilişinə müsahibə verən müğənni ad çəkməsə də, qarşı tərəf onun övladına söz atdığını bildirib:
“Mənim övladıma heç kim söz atmasın. Onu nəzir-niyazla tapmışam. Yeddi pirə gedib, Allahla bir övlad tapmışam. 37 yaşım var. Kimliyindən asılı olmayaraq, mənim övladıma sataşmasın.
Böyüklük göstərib onun keçmişindən, gələcəyindən, qaynatdığı zibillərdən danışmıram. Ondan qorxduğum üçün yox… Axırda nə olacaq, məhkəmə? Olsun. Açaram, hər şeyi tökərəm.
Lazım deyil bir-birimizə söz atmaq. Mən atsam, pis olacaq. Böyüklük məndə qalsın deyib, zəng etdim. Yığdım, dedim, övladıma söz atma. Taxtabaşdır da, Allah ona ağıl versin. Yaşda məndən böyük olsa da, ağlım ondan böyükdür”.
Qeyd edək ki, Natavan Kərimin övladı ilə bağlı qalmaqallı açıqlama vermişdi. Daha sonra Səidə Sultan Kərimin barışmaq üçün Natavana zəng etdiyini açıqlamışdı.