Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı keçmişindən foto paylaşıb. Xeberci.az bildirir ki, aparıcı xanım illərdir gizlətdiyi sirrin üstünü açıb və etirafı ilə suallarına cavab tapmağa çalışıb:
“ Bu mənim keçmişimdir. Həyatda tək , tənha mücadilə yolum ... Bu fani dünyada güvəndiyim qardaşım yataq xəstəsi olduqdan sonra ailənin bütün yükünü çiyninə alıb tək başına yıxıla, dura-dura çətin bir yol qət etmişəm. Bəzən özümü qınayıram. Lazım idimi bu deyirəm? Cavabım təzadlıdır. Bu qədər ağır işin müqabilində nələr qazandım? Bu da mübahisəli sualdır. Ona görə ordan keçirəm. Sadəcə onu demək istəyirim ki, əzab, əziyyət, fədakarlıq olmadan uğur qazanılmır, dostlar! Mən, o zaman həm anaydım, həm ataydım, həm bacı, həm qardaş. Ailəm rahat yaşasın deyə necə başarılı övladını əlləri ilə torpağa basdıran, o cümlədən torpağını illərlə dişiylə, dırnağıyla qurduqlarını erməni dığalarına qoyub çıxan atam, anam-ailəm xoşbəxt yaşamalıydı. Bir qadın kimi mənim bu ola bilərdi - Ata, anamın rahatlığı o qədər! Sadəcə üzüldüyüm bir məqam var həmin vaxt o əzablı yolu mənimlə birlikdə bu qəzet kağızlarının üzərində yatan gördüyünüz körpə balam da keçdi. İndi əkizlərimə çox vaxt ayıra bilirəmmi? Dəyərmi gecə-gündüz, illər öncə çalışdığım kimi çalışmağa? Cavaba təzadlıdır. Yazmıram. Qısası hər uğurun arxasında bax bu cür qurbanlar və əzablar var, unutmayın!"
P.S Bu şəkil Müsavat qəzetinə müsahibə verdiyim vaxt çəkilib. Elbəyi Həsənli gəlmişdi müsahibəyə fotoqraf Alimlə. Telefon zəng çaldı və mən cavab vermək üçün həmin stola yaxınlaşdım. Həmin an Alim məndən gizlin bu fotonu çəkib. Biləndə sildirməyə çalışdım. Alim “ Olmaz, bir gün gələcək keçmişinə mütləq qayıtmalı olacaqsan, o vaxt sənə lazım olacaq!” dedi. Bu gün Alim həyatda yoxdur, amma onun çəkdiyi foto mənim keçmişimin aynasıdır. Allah Alimə rəhmət eləsin! ".