Brilliant Dadaşova səhnədə brilliant kimi parladı - VƏ SÜBUT ETDİ Kİ ... / - VİDEO

Brilliant Dadaşova səhnədə brilliant kimi parladı - VƏ SÜBUT ETDİ Kİ ... / - VİDEO

Ötən gün Xalq artisti Brilliant Dadaşova Heydər Əliyev adına sarayda möhtəşəm konsert proqramı ilə çıxış etdi. Xalqın sevgisinə güvənən, tamaşaçılarına xüsusi diqqət qayğı göstərən xalq artisti səhnədə nə şou göstərdi, nə də öncədən hazırlanan performans ... Sadəcə xalq mahnılarını və öz repertuarından olan mahnıları yüksək səviyyədə ifa etdi. Sanki bayağı musiqilərdən, süni şoudan bezən tamaşaçıya da əsl musiqi lazım idi ki, qulaqlarının pası açılsın. Brilliant Dadaşova bunu bacardı.  Heydər Əliyev adına sarayda iynə atsan yerə düşməzdi. Həqiqətən bütün yerlər dolmuşdu. Əksər konsertlərdə öyrəndiyimiz kimi hesabsız dəvətnamə, pulsuz paylanan biletlər hesabına yox ... Ancaq düzünü desək bir neçə məşhura və təxmini 10 seçilən jurnalistə dəvətnamə verilmişdi. Həqiqətən də minlərlə insan Brilliant Dadaşovanı dinləmək üçün bəzənib, düzənib saraya gəlmişdilər. Sanki Brilliantı dinləmək üçün gələn tamaşaçı təbəqəsi də fərqli idi. Onlar da bilirdilər ki, kimi necə dinləmək lazımdır.  Səhnədə brilliant kimi parlayan sənətkar sadəcə səsi, savadı ilə tamaşaçını özünə heyran qoymağı bacardı. Xalq artistinə saysız-hesabsız gül dəstələri, çələnglər hədiyyə oldu. Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev də sənətkarı diqqətdənkənar qoymadı. Mədəniyyət və Turizm Nazirliyi adından ifaçıya böyük gül çələngi hədiyyə göndərildi. Heç bir xüsusi piarı olmasa da biletləri bir ay öncədən satılan konsert sübut etdi ki, xalqımızın musiqi səviyyəsi hələ də tam olaraq korlanmayıb və xalq sevdiyi sənətkarı lazım olan məqamda tək qoymamağı, sahib çıxmağı, dinləməyi bacarır. 

ƏFRUZƏ AĞAYEVA / XƏBƏRÇİ.AZ


loading...