"GülƏhməd" filmi bitsə də qalmaqallar səngimək bilmir. Qala gecəsindən sonra ziyana düşməsinə baxmayaraq filmin kinoteatrlarda yayımını dayandıran "İmperator Lion M" şirkətinin direktoru və filmin baş prodüseri Vüqar Cavadov filmin Azərbaycan tamaşaçısına və xalqına laiq olmadığını bildirib. V. Cavadovun fikrini təsdiqləyib, rejissor Metin Yücelin çəkdiyi filmi biabırçılıq adlandıran filmdəki aktyorlar Rəşad Vahidzadə və Gökhan Çoban Xəbərçi.az-a açıqlama veriblər:
"GülƏhməd"filminin GülƏhmədi aktyor Rəşad Vahidzadə:
"GülƏhməd" filminin yayımı dayandırıldı. Bunu biz etdik, bəli. Filmdə lazımsız ifadələr, açıq-aşkar söyüşlər, vulqar ifadələr var idi. Bəziləri bizi qınayır ki, siz film yayımlanmamışdan əvvəl baxmamışdınız və ya həmin səhnələri də oynayan sizsiniz, niyə söyüş söyürdünüz. Demək istəyirəm ki, filmə təbii ki, baxmışdıq. Biz filmi xüsusi mantajor tutub, montaj elətdirmişdik. Filmdə nə bir söyüş, nə bir qeyri etik söz, hərəkət heç bir şey yox idi. Filmi rejissor Metin Yücel bu günə qoydu. 18 saatlıq film çəkib, onu 4 saatlıq film kimi təqdim edən rejissorun qeyri-peşəkarlığı gözönündə idi. Çünki həm ssenarist, həm də ki, rejissor Metin Yücel idi. Özü də qala gecəmizdə iştirak etdi. Hələ poz verib, şəkil də çəkdirirdi ... Əgər ona qarşı haqsızlıq var idisə, işinə müdaxilə olunmuşdusa qala gecəyə gəlməzdi. Filmi kinoteatra verməzdən əvvəl rejissorun təsdiq verməsi üçün biz filmi rejissora təqdim etdik. Rejissorda özü bildiyi kimi olan montajlı filmi verdi baş prodüserə, biri rənglənməyə getdi, biri səsə. Səsdə şəxsən özü iştirak edib. Filmi oradan götürüb verdik kinoteatra. Kinoteatrda da sadəcə səsin olub, olmamasına baxmışıq. Deyirlər setdə guya aclıq olub. Ağ yalandı. Bizim servis maşınımız və yemək sponsorumuz olub. Elə aktyorlar var ki, onlara artıq ödəniş belə etmişik. Əsas aktyorlar, texniki heyət pulnu alıb. Kimlə necə danışılıbsa elə də ödəniş etmişik. Biz çox böyük səhv etdik ki, türk rejissordur deyə inanıb, ona film çəkdirdik, axırda da belə biabırçı, Azərbaycan xalqına yaraşmayan film ərsəyə gəldi".
Türkiyəli aktyor Gökhan Çoban:
"Əvvəlki ssenariyə görə, “GülƏhməd” filminin əsas obrazlarından biri də mən idim. sonra sözlərim və rolum azaldıldı. Heç tamaşaçı anlamadı ki, mən orada nə iş görürüdüm, rolum nə idi ... Filmi montajdan sonra ilk dəfə qala gecəsi izlədim. Və on dəqiqə sonra da zalı tərk etdim. Filmin Azərbaycan xalqının izləyə biləcək səviyyədə bir film olmadığını gördüm.Bu filmdə əziyyət çəkən insanlardan biri olaraq müqaviləni ləğv etdim.filmi çəkən şirkətə, əziyyət çəkən insanlara haqqımı halal etdim, hüquqi tərəfdəndə işlərimi görürəm. Adımın heç bir yerdə pis çəkilməsini istəmirəm. Amma adımdan istifadə olunaraq sosial mediada hesablar açılır, insanları təhqir edirlər. Bilmirəm bu sifarişlidir yoxsa necə ... Fakt film biabırçı gündə idi. Nəticə olaraq da bunda rejissor ssenarist olan Metin Yücel günahkardır. Hamımız türkük. Deyirlər ki, sən Metin Yücelə qarşı olma ... Abi, mən nə edim, film ortalıqda idi və film pis gündə idi. Düzü mən utandım. Azərbaycan xalqının haqq etdiyi bir filmin gündəmə gəlməsini istəyərdim, bu şəkildə bir qalanın olmasını özüm də istəməzdim. Buna görə də hər kəsdən üzr istəyirəm. Əməyim, əziyyətim keçmişdirsə də Vüqar müəllimə halal edirəm".