Türk aparıcıdan kobud səhv – Mahnımızı ermənilərin adına çıxardı - VİDEO

Türk aparıcıdan kobud səhv – Mahnımızı ermənilərin adına çıxardı - VİDEO

Türkiyəli aparıcı Oğuzhan Uğur “Çırpınırdı Qaradəniz” mahnısının ermənilərə aid olduğunu deyib.   "Xəbərçi.az"  xəbər verir ki,  Onedio.com saytının “Youtube” kanalından yayımlanan verlişin aparıcısı öncə mahnını ifa edib, daha sonra da kobud səhv edərək “Erməni xalq mahnısıdır”- deyə, əlavə edib.   Qeyd edək ki, həmin “Youtube” kanalının 1.5 milyon daimi izləyicisi var. Verlişin bu buraxılışını “Facebook” və “Youtube”dan ümumilikdə 2 milyon insan izləyib.  

Xatıladaq ki, sözlərini Əhməd Cavadın yazdığı mahnının bəstəkarı Üzeyir Hacıbəyovdur. Üzeyir bəy bu mahnını Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib. (minval.info )


loading...