Müğənni Zenfira İbrahimovanın başına iş gəlib.
“Xəbərçi.az” xəbər verir ki, sənətçi köməkçisi Aynur Bağırova ilə birgə qəzaya düşüb.
O, avtomobili idarə edərəkən qarşısına anidən bir gənc çıxıb və müğənni tez əyləci basıb. Hadisə maşının kamerasında əks olunub.
A. Bağırova həmin görüntüləri instaqram səhifəsində paylaşıb. O, videoya “Şükür ki, salamatçılıqdır, Allah bizi qorudu” şərhini yazıb. Lakin sonra ifaçının köməkçisi baş verənlərin sadəcə veriliş üçün piar olduğunu açıqlayıb, bildirib ki, guya ifaçının baş verənlərdən xəbəri belə olmayıb.
Hətta sənətçinin prodüseri Aynur Bağırova qafqazinfo.az-a açıqlama verərək sözügedən hadisəni bu yaxınlarda efirə gedəcək bir proqram üçün çəkdiklərini bildirib:
"Bu tip veriliş Türkiyədə də yayımlanır. Zenfira İbrahimovanın bundan xəbəri olmayıb. Layihənin əməkdaşları mənimlə əlaqə saxlamışdılar. Müğənni üçün səhnə quruldu ki, guya qarşısına adam çıxacaq. Amma Zenfira xanım çox qorxdu və stress keçirdi".