"Evimi 110 minə satdım ki ..." - Tanınmış ifaçı SİRRİNİ AÇDI / ÖZƏL

"Evimi 110 minə satdım ki ..." - Tanınmış ifaçı SİRRİNİ AÇDI / ÖZƏL

Üç il fasilə verdikdən sonra sənətə geri dönən müğənni Rahidə Baxışova maraqlı açıqlaması ilə gündəmə gəlib. Xəbərçi.az-a danışan ifaçı yenidən sənətə gəlməsi üçün maliyyəni hardan əldən etməsini açıqlayıb:

"Bu barədə heç yerə açıqlama verməmişəm. Düzü bunu deməkdən utanırdım. Amma yenidən bu sənətə qayıtmaq istəmirdim fikirləşirdim ki, gedim hardasa işləyim, övladlarıma baxa bilim. Bir qohumumuz var idi, ondan xahiş etdim ki, mənə iş tapsın. O da mənə aviakassada iş tapdı, məvacib 600 manat idi. Günlərlə düşündüm ki, axı mən bu 600 manatla necə ailə dolandırım, insan xəstələnir, yasın düşür, xeyir işin olur, evin komunal xərcləri var, gündəlik ehtiyaclar var .... Ona görə qərar verdim ki, evimi satım. Və satdım da ... Sənətimə yatırım elədim ki, tamaşaçı qarşısına tam məsuliyyətimlə və daha daha yaxşı mahnılarımla çıxa bilim".

Əfruzə Ağayeva 


loading...