Rusiyada yaşayan azərbaycanlı aktrisa-müğənni Fatimə Abbasquliyeva illər əvvəl məşhur rejissor Mark Rozovski tərəfindən zorlandığını etiraf edib.
Xəbərçi.az Rusiya mediasına istinadən bildirir ki, F. Abbasquliyevanın sözlərinə görə, tələbə olarkən rejissorla bir teatrda çalışıb və Rozovski onun müəllimi olub. Aktrisa bu vəziyyətdən çıxış yolunu onda görüb ki, teatrdan ayrılsın. Hətta həmin rejissorun xanımı da həmin teatrda çalışıb. Hadisədən 12 il ötəndən sonra o, özünü güclü hesab etdiyini, bu səbəbdən canlı efirdə uşaqlıq arzularını puç edən şəxsin adını açıqlayıb.