"Niyə türklər özlərini fahişə obrazına çəkmirlər?" - aktrisa Nərgiz

"Niyə türklər özlərini fahişə obrazına çəkmirlər?" - aktrisa Nərgiz

Cazibədar aktrisa  Nərgiz Əliyeva (Nara Jasmin) cəsarətli açıqlaması ilə diqqət çəkib. Xəbərçi.az-a açıqlama verən N. Əliyeva əcnəbi filmlərdə, seriallarda niyə bizim aktyor və aktrisaların epizodik və ya fahişə, oğru, fırıldaqçı obrazında çəkilməsinə sərt reaksiya verib:

"Düzdür aktyor və ya aktrisa üçün rolun böyüyü, kiçiyi olmaz. Ancaq niyə hər zaman bizi ya oğru, ya fahişə obrazında çəkməyə razı olaq ? Bizi elə o obrazlara laiq bilərlər də ... Niyə türklər özlərini fahişə obrazına çəkmirlər? Onlar bizi məşhur etməzlər axı... Bizimkilər podiuma çıxır, epizodik rola çəkilir sonra isə məşhur olmağı gözləyir. İllərlə Türkiyədə yaşasalar da, məşhur ola bilmirlər. Türklər özlərini qoyub, bizi məşhur etməzlər. Niyə də bizi məşhur etməlidirlər axı ? Əslində onları qınamıram. Ancaq bizimkilər Türkiyənin məşhurlarını görəndə yerə yıxılırlar. Elə qızlar var damarlarını kəsir hansısa türk məşhur üçün. Axı o heç sənin varlığından bixəbərdi. Nəyə lazım elə lazımsız hərəkətlər ... Mən şəxsən o şəxsləri qınayıram”.

(mənbə. minval.info) 


loading...