“Dünyada İlham Əliyevə qarşı qısqanclıq var” - Əli Həsənov

“Dünyada İlham Əliyevə qarşı qısqanclıq var” - Əli Həsənov

Bu gün çox təəssüflər olsun ki, beynəlxalq aləmdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya qarşı qısqanclıq var.    Xəbərçi.az oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXV qurultayında çıxış edərkən deyib.    O qeyd edib ki, əgər bu qısqanclıq ölkə daxilində olsaydı, bunu bir qədər anlamaq olardı:     "Bu bizim bəlkə də milli qüsurumuz hesab oluna bilər. Amma çox təəssüflər olsun ki, bu gün beynəlxalq aləmdə həm İlham Əliyevə, həm də Mehriban Əliyevaya qarşı qısqanclıq var. Bir tərəfdən deyirlər ki, dövlətlər, hakimiyyətlər xalq üçün çalışmalıdır, insan hüquqları, demokratiyanı təmin etməlidir. Digər tərəfdən də bunu təmin edən insanlar, öz xalqlarına dövlətlərinə qulluq edən rəhbərlər qısqanclıqla qarşılanır. Bax budur dünyanın iç üzü, bax budur ikili standartlar, bax budur ədalətsiz münasibət. Ancaq Azərbaycan dövləti, Azərbaycan xalqı düz yoldadır. Bu gün Azərbaycan dövləti İlham Əliyevin və Mehriban Əliyevanın fəaliyyəti nəticəsində inkişaf edir. Ölkədə sabitlik, ictimai-siyasi əmin-amanlıq hökm sürür. Azərbaycanda iqtisadi inkişaf göz qabağındadır. Əgər bu ictimai-siyasi sabitlik olmasaydı, o zaman ölkədə iqtisadi inkişafdan da danışmaq mümkün olmazdı. Ancaq məhz İlham Əliyevin siyasi fəaliyyəti nəticəsində bunlar mümkün olub. Yenə də qeyd edirəm ki, bunlar beynəlxalq aləm tərəfindən çox qısqanclıqla qarşılanır. Lakin Azərbaycan dövləti, Azərbaycan xalqı düz yoldadır və heç bir qüvvə Azərbaycan dövlətini, xalqını bu düz yoldan döndərə bilməyəcək”.


loading...