Mehin Hümbətova: "Qarabağı geri alsaq belə..."

Mehin Hümbətova: "Qarabağı geri alsaq belə..." Mənim atam 1992-ci ildə Ağdərədə şəhid olub. Nə qədər qəribə səslənsə də, hər dəfə Xocalıya aid kadrlara baxanda Allahıma min şükr edirəm ki, nə yaxşı o, əzabsız, mərdi-mərdanə vuruşaraq (14 güllə yarası ilə) şəhid olub.   Xəbərçi.az xəbər verir ki, bu sözləri mügənni Mehin Hümbətova öz "Facebook" hesabında paylaşıb:   "Nifrət hissimi anlada biləcək nitqə sahib deyiləm. Kadrların təsirindən boğazım düyünlənib. Allahım, necə səssiz qalırsan bu zülmə?! O görüntülər əsrlərlə bizə lazım olacaq! Qarabağı geri alsaq belə, bu görüntüləri gələcək nəsilə ötürməliyik. Nəvə-nəticələrimiz də bilsinlər ki, tarix boyu soyumuza hansı əzabları yaşadıblar! Xocalıdakı vəhşiliklərə dünya ictimaiyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz".
loading...